olkepress.com
olkepress.com

KİVDF-nin tərkibi dəyişdirilir

9-12-2019, 22:01

KİVDF-nin tərkibi dəyişdirilirKütləvi İnfromasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KVDF) Müşahidə Şurasının tərkibi dəyişə bilər.

Bu barədə Yenisabah.az-a daxil olan məlumatda iddia olunur ki, yaxın günlərdə qurumda əhəmiyyətli dəyişikliklərin olacağı gözlənilir. Artıq bu barədə müzakirələr aparılıb və KİVDF-nin tərkibində dəyişikliklər edilməsi məqsəduyğun sayılıb.
Məlumatda deyilir ki, hakimiyyətin media siyasəytinə cavabdeh olanlar KİVDF-nin hazırkı tərkibinin özünü doğrultmadığı qənaətindədirlər.
KİVDF yaranadan bu günə qədər mediada bu qurum haqqında vaxtaşırı neqativ materiallar tirajlanıb. Qurumun keçirdiyi müsabiqələrində, qəzetlərə maliyyə ayrılmasında, jurnalistlərə ev verilməsində şəffaflığın gözlənilmədiyi xüsusilə vurğulanıb. Jurnalistlər üçün tikilən ikinci binada mənzil bölgüsündən sonra isə bu qurumdan narazılıq daha da artıb.
Bütün bunlara görə, media siyasətinin tərkib hissəsi olaraq yaxın günlərdə prezident sərəncamı ilə KİVDF-nin Müşahidə Şurasının üzvlərinin dəyişdirilməsi gözlənilir.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi