olkepress.com
olkepress.com

İrakli Qaribaşvili İlham Əliyevi Gürcüstana dəvət etdi

5-05-2021, 15:03

İrakli Qaribaşvili İlham Əliyevi Gürcüstana dəvət etdi

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.

Bununla bağlı ölkəmizdə səfərdə olan İrakli Qaribaşvili bu gün Prezident İlham Əliyev tərəfindən qəbul edilən zaman danışıb.

“Biz münasibətlərimizi və qardaşlığımızı gücləndirəcək daha çox layihələrin birgə icrasını davam etdirməkdə tamamilə qətiyyətli və həvəsliyik. Bir daha mənim başçılıq etdiyim nümayəndə heyətini burada, Bakıda qəbul etdiyiniz üçün Sizə minnətdarlığımı bildirmək istəyirəm. Mən fürsətdən istifadə edərək Sizin üçün münasib vaxtda bizi Tbilisidə ziyarət etmək üçün Sizi səfərə dəvət etmək istərdim”, - deyə İ.Qaribaşvili qeyd edib.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi