olkepress.com
olkepress.com

Prezidentin xüsusi nümayəndəsi vəzifələri ilə bağlı qanunda DƏYİŞİKLİK

22-02-2021, 15:02

Prezidentin xüsusi nümayəndəsi vəzifələri ilə bağlı qanunda DƏYİŞİKLİK“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Dəyişikliyə əsasən, xüsusi nümayəndələr qanunda nəzərdə tutulan inzibati vəzifələrin birinci təsnifatına, xüsusi nümayəndələrin müavinləri vəzifələri ikinci təsnifatına, xüsusi nümayəndəliklərdəki mütəxəssislər üçüncü təsnifatına daxil edilib.

Bundan başqa, dövlət başçısı “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edilməsi haqqında Fərman da imzalayıb.

Fərmana əsasən, “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi vəzifələri inzibati vəzifələrin təsnifatlarına daxil edilib.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi