olkepress.com
olkepress.com

Hikmət Hacıyev: “Quruculuq işləri aparılacaq ki, məcburi köçkünlər öz dədə-baba yurdlarına qayıda bilsinlər”

6-02-2021, 11:57

Hikmət Hacıyev: “Quruculuq işləri aparılacaq ki, məcburi köçkünlər öz dədə-baba yurdlarına qayıda bilsinlər”“2016-cı ilin Aprel döyüşlərinə qədər Cocuq Mərcanlı işğalçı erməni silahlı qüvvələrinin nəzarətində olduğu üçün burada tikinti-quruculuq işləri həyata keçirə bilmirdik.

2017-ci ilin fevralında diplomatik korpusun nümayəndələri ilə Cocuq Mərcanlıya səfər edəndə bura tamamilə dağılmış vəziyyətdə idi. Biz eyni dağıntıları işğaldan azad edilmiş digər ərazilərdə də görürük. Bunu sizinlə səfərdə bir daha görəcəyik”.

Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Cocuq Mərcanlıda çıxış edərkən deyib.

O bildirib ki, prezident İlham Əliyevin tapşırığı ilə işğaldan azad olunmuş ərazilərdə ardıcıl və planlı şəkildə quruculuq işləri aparılacaq.

“Quruculuq işləri aparılacaq ki, məcburi köçkünlər öz dədə-baba yurdlarına qayıda bilsinlər. Cocuq Mərcanlıda yaşayan yerli əhalinin kənd təsərrüfatı ilə məşğul olması üçün şərait yaradılıb”, - deyə H.Hacıyev bildirib.

O, tərəfdaş, dost, qardaş ölkələrə təşəkkür edərək deyib: “Onlar da bu kənddə olan mülki əhalinin məşğulluğu üçün əlavə imkanlar yaradıblar”.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi