olkepress.com
olkepress.com

Viktor Yuşşenko İlham Əliyevi təbrik etdi

24-12-2020, 19:47

Viktor Yuşşenko İlham Əliyevi təbrik etdiUkraynanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Viktor Yuşşenko və həyat yoldaşı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Katerina Yuşşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndəriblər.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Əziz dostum.

Ailəmiz doğum gününüz münasibətilə Sizi təbrik edir. Həyatınızın bu yeni ili Sizə və gözəl ailənizə cansağlığı, xoşbəxtlik, Azərbaycana isə tərəqqi gətirsin. Siz ölkənizdə möhtəşəm nailiyyətlər əldə etmisiniz və biz bilirik ki, bu, hələ başlanğıcdır.

Cənab Prezident, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə minnətdarıq.

Biz Azərbaycan və Ukrayna arasında əlaqələrin inkişafı istiqamətində bundan sonra da Sizinlə əməkdaşlıq etməyə hazırıq”.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi