olkepress.com
olkepress.com

Lukaşenko İlham Əliyevi təbrik etdi

24-12-2020, 19:36

Lukaşenko İlham Əliyevi təbrik etdiBelarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Yüksək peşəkarlıq, səriştəlilik, qeyri-adi enerji və müdriklik Sizi ən mürəkkəb dövlət məsələlərini uğurla həll edən parlaq siyasi lider nümunəsinə çevirib.

Belarus-Azərbaycan münasibətlərinin inkişafına konstruktiv və maraqla yanaşmağınıza görə Sizə səmimi qəlbdən təşəkkür edirəm. Əminəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hörmət prinsiplərinə əsaslanan çoxşaxəli əməkdaşlıq Belarus və Azərbaycan xalqlarının rifahı naminə bundan sonra da dərinləşəcək və möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə ürəkdən möhkəm cansağlığı, firavanlıq və nəzərdə tutduğunuz hədəflərə nail olmağınızı arzu edirəm”.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi