olkepress.com
olkepress.com

İlham Əliyev: “İşğal altında olan torpaqlarımızın 99 faizi dağıdılıb”

11-11-2020, 20:34

İlham Əliyev: “İşğal altında olan torpaqlarımızın 99 faizi dağıdılıb”
44 gün ərzində əldə edilmiş qələbə bizim hərbçilərimizin peşəkarlığı sayəsində qazanılıb. 30 il ərzində orada nə qədər çətin istehkamlar qurulmuşdu.

Bu sözləri Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü zamanı deyib.

O bildirib ki, bunu keçmək xüsusi peşəkarlıq tələb edirdi:

“Düşmən 30 il bu torpaqlarda hazırlıq işləri görüb. Bu onu göstərir ki, onlar bizim torpaqlardan öz xoşu ilə çıxmaq istəmirdi. O bu dövrlər ərzində bizi, vasitəçiləri aldadırdı. Döyüş meydanında işğaldan azad edilmiş torpaqların mənzərəsi də onu göstərir ki, düşmən Azərbaycan xalqına necə yanaşır. İşğal altında olan torpaqlarımızın 99 faizi dağıdılıb. Orada olan məktəblər, binalar, məscidlər, qəbiristanlıqlar dağıdılıb. Bu vandalizmdir. Biz bu görüntüləri mediada yayırıq, qoy hamı onların bu vandalizmini görsün. Bütün bu dağıntılar hesablanacaq. Bu əməllərə görə düşmən cavab verəcək”.

ÖLKƏPRESS.COM


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi