olkepress.com
olkepress.com

Paşinyan məğlub ordusunu təltif edir - VİDEO

18-08-2020, 21:26

Paşinyan məğlub ordusunu təltif edir - VİDEOErmənistanda hansı proseslərin getməsindən asılı olmayaraq, bu ölkənin rəhbərliyi hər zaman müxtəlif bəhanələrlə ovunmağa, yalanlarla baş qatmağa nəsə tapırlar. Yəqin ki, bunun özü də bir xoşbəxtlikdir.

İndi də bu, xoşbəxt insanlar yatıb yuxularında görüblər ki, guya iyulda Ermənistanın Tavuş bölgəsindəki döyüşlər zamanı qalibiyyət əldə ediblər və buna görə bu əmliyyatda fəal iştirak edənləri mükafatlandırmaq lazımdır.

Baku TV-nin məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsində yazır ki, Tavuşdakı istiqamətində döyüşlərin iştirakçıları ordenlərə layiq görülüb.

Millət vəkili Hikmət Babaoğlunun fikrincə, dəfələrlə Azərbaycan tərəfindən müxtəlif istiqamətlərdə məğlubiyyətlərə düçar edilən Paşinyan bu cür addımlarla daxili auditoriyada özünə qəhrəman, Ermənistan ordusuna isə yüksək döyüş qabiliyyətli ordu imici yaratmağa çalışır.

Deputat Bəhruz Məhərrəmov isə qeyd edir ki, Paşinyan hər nə qədər populist fikirlər səsləndirsə də, hər şey ortadadır.

Sonda, Paşinyan ən yüksək dövlət mükafatlarının verilməsini Ermənistan ordusunun əsgər, zabit və generallarının qəhrəmanlıqlarına layiqli bir hörmət və qiymət olduğunu qeyd edib. Biz isə məsləhət görərdik ki, bu bivec insan birinci özü-özünə hörmət qoysun sonra başqasına. Axı nə tez BBC-yə verdiyi müsahibəsini unudub?

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi