olkepress.com
olkepress.com

Prezident nazirliyə yeni səlahiyyət verdi - FƏRMAN

18-08-2020, 15:42

Prezident nazirliyə yeni səlahiyyət verdi - FƏRMANPrezident İlham Əliyev “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Müvafiq sənədi AZƏRTAC dərc edib.

Fərmana əsasən, nazirlik “Hökumət buludu”nun fəaliyyətini və istifadəsini təşkil edir;

“Hökumət buludu”nun idarə olunmasını və fəaliyyətinin təşkilini təmin edir,

Dövlət informasiya ehtiyatları və sistemlərinin Nazirliyin Data Mərkəzində saxlanılmasını, həmçinin, “Hökumət buludu”ndan istifadəni təşkil edir;

Nazirliyin Data Mərkəzində, eləcə də, “bulud” texnologiyasına əsaslanan “bulud” xidmət modellərində dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması və aparılmasını, habelə elektron xidmətlərin təşkili üçün texnoloji mühiti təmin edir;

“Hökumət buludu”nun təhlükəsizliyinin təmin edilməsi üçün aidiyyəti dövlət orqanı ilə birlikdə tədbirlər görür;

“Hökumət buludu”nun yaradılması vasitəsilə dövlət qurumlarının informasiya ehtiyatları və sistemlərinin istismarı, bunun üçün tələb olunan infrastrukturun qurulması və standartların formalaşdırılması sahəsində aidiyyəti dövlət qurumları ilə birlikdə tədbirlər görür.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi