olkepress.com
olkepress.com

Ermənistanı qınayan BİRGƏ BƏYANAT

17-07-2020, 11:41

Ermənistanı qınayan BİRGƏ BƏYANATTürkiyənin AKP, CHP, MHP və İYİ partiyaları birgə bəyanat yayaraq, Ermənistanın Azərbaycana qarşı hücumlarını qınayıblar.

Bununla bağlı “HaberGlobal” məlumat yayıb.

Birgə bəyanatda deyilir:

“Türkiyə Böyük Millət Məclisi olaraq, Ermənistan silahlı qüvvələrinin 12 iyuldan başlayaraq, Azərbaycanın Tovuz rayonuna etdiyi hücumu şiddətlə qınayırıq. Ermənistan səhv yoldadır. Azərbaycanın Yuxarı Qarabağ bölgəsini və ətrafındakı rayonları illərdir işğal altında saxlayan Ermənistanın bu hücumu Cənubi Qafqazda sülhün və sabitliyin saxlanılmasına böyük əngəldir. Ermənistanın haqq və hüquqları heçə sayaraq, belə hücumlar həyata keçirməsinə qarşı beynəlxalq toplumu lazımı reaksiyanı göstərməyə çağırırıq.

Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinə dəstək verdiyimizi təkrarlayırıq. Ermənistan BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərarlarına riayət etməli və işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Türkiyə bundan sonra da bütün səyləri ilə torpaq bütövlüyünü bərpa etməyə çalışan Azərbaycanın yanında yer alacaqdır. Azərbaycanlı şəhidlər üçün Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirik”.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi