olkepress.com
olkepress.com

Leyla Əliyevanın dəstəyilə rəssam tələbə əlil arabasından xilas oldu

23-06-2020, 21:19

Leyla Əliyevanın dəstəyilə rəssam tələbə əlil arabasından xilas olduHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dördüncü kurs tələbəsi, birinci qrup əlil Cavid Həsənli əməliyyat olunaraq, əlil arabasından qurtulub.

Trend-in məlumatına görə, Cavid Həsənlinin xəstəliyi yeddi yaşından başlayıb və orta təhsilini evdə tamamlayıb.

2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına rəngkarlıq ixtisası üzrə qəbul olunub. Üçüncü kursda oxuyarkən səhhəti ağırlaşıb və təhsilini yarımçıq qoymaq təhlükəsi ilə üzləşib. Əməliyyat üçün tələb olunan böyük məbləği ödəmək imkanında olmayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyilə bir il ərzində Bakıda müxtəlif xəstəxanalarda dörd dəfə əməliyyat olunub və nəhayət, əlil arabasından xilas olub.

Təhsilini davam etdirmək imkanı qazanan Cavid Həsənli artıq məzun olacaq.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi