olkepress.com
olkepress.com

Mehriban Əliyeva soyqırımı qurbanlarını andı - FOTO

31-03-2020, 10:06

Mehriban Əliyeva soyqırımı qurbanlarını andı - FOTOAzərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “İnstagram” səhifəsində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı fikirlərini paylaşıb.

“Bu gün – 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Tarix boyu üzləşdiyi bütün faciələrə, çətinliklərə və haqsızlıqlara baxmayaraq, xalqımız deportasiya, etnik təmizləmə və kütləvi qırğınların sarsıntılarını yaddaşında yaşadaraq müstəqillik əzmini qoruyub saxlamış, möhkəm iradə, yenilməz birlik və həmrəylik nümayiş etdirmiş, dövlətimizin qüdrətinin daha da möhkəmlənməsinə nail olmuşdur. Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”, - Mehriban Əliyeva səhifəsində qeyd edib.

Ölkəpress.com

Mehriban Əliyeva soyqırımı qurbanlarını andı - FOTO


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi