olkepress.com
olkepress.com

Aİ və BMT İrana çağırış etdi

9-12-2022, 08:46

Aİ və BMT İrana çağırış etdi

Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurası İranı etirazlar zamanı həbs olunan şəxslərin edamını dayandırmağa çağırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Aİ və BMT birgə bəyanat yayıb.

“Bu gün 23 yaşlı Muhsin Şikari edam edilib. Avropa İttifaqı edamı ən sərt şəkildə pisləyir. Aİ İran hakimiyyətini ölüm hökmü tətbiq etməkdən çəkinməyə, gələcək edamlardan qaçmağa və ölüm hökmünün tamamilə ləğvi istiqamətində ardıcıl siyasət yürütməyə çağırır”,-deyə bəyanatda deyilir.

Bəyanatda İranı tərəfdar çıxdığı Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktdan irəli gələn öhdəliklərə ciddi şəkildə əməl etməyə çağırılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi