Azərbaycanda bələdiyyə seçkiləri başladı
Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.
Ölkəpress.com xəbər verir ki, səsvermə səhər saat 08:00-da başlayıb, axşam saat 19:00-da başa çatacaq. Seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Bələdiyyə seçkiləri 118 dairədən 5049 məntəqəni əhatə edəcək. Səsvermədə iştirak edəcək seçicilərin sayı 4 milyon 972 min 356 nəfərdir. Seçkilərlə əlaqədar bütün siyahılar dəqiqləşdirilib və məntəqələrdən asılıb. Min məntəqədə veb kameralar quraşdırılıb.