olkepress.com
olkepress.com

Ramiz Mehdiyev əks-hücuma keçir

4-02-2022, 10:29

Ramiz Mehdiyev əks-hücuma keçir

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev onun istefası ilə bağlı tələblərə reaksiya verib. Belə ki, Tarix İnstitutunun direktoru və parlamentin deputatı da daxil olmaqla, bir neçə alim onun isyefasını tələb edib.

Ölkəpress.com yazır ki,doğrudur, bu dəfə Mehdiyev bunu şəxsən etməyib, baxmayaraq ki, əvvəlki vaxtlarda öz tənqidçilərinə qəzəbli cavablarını Azərbaycan Milli Elmlər Akademiyasının saytında dərc edirdi. Bu gün Mehdiyevin müdafiəçisi rolunu Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru Abbas Seyidov öz üzərinə götürüb.

Akademiyanın saytındakı (science.az) materialda o, Mehdiyevi tənqid edənləri "yalançılar" adlandırıb. Seyidov xatırladıb ki, Mehdiyevi ümumi yığıncaqda akademiklər özləri seçiblər, onun kadr siyasətini "uğurlu" adlandırıb. Seyidov hesab edir ki, Mehdiyevin xidmətləri onun vəzifədən çıxardığı adamlar tərəfindən bilərəkdən ört-basdır edilir. O, Mehdiyevi "yenilikçi", onun rəqiblərini isə "böhtançı" adlandırır.

İnstitut direktorunun bu çıxışı akademiyanın mətbuat xidməti tərəfindən bütün Azərbaycan KİV-lərinə göndərilib ki, bu da Mehdiyevin şəxsi göstərişindən xəbər verir.

Seyidovun çıxışından belə başa düşmək olar ki, bir vaxtlar Prezident Administrasiyasının güclü rəhbəri öz rəqiblərinə qarşı əks-hücuma keçmək qərarına gəlib.Turan


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi