olkepress.com
olkepress.com

Ərdoğan: “Qarabağdakı qələbə Türk dünyasının birliyini gücləndirdi”

12-11-2021, 17:17

Ərdoğan: “Qarabağdakı qələbə Türk dünyasının birliyini gücləndirdi”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda işğala son qoyulmasının bütün Türk dünyası üçün əhəmiyyətini qeyd edib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Toplantısında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevə xitabən bildirib.

“Cənab Əliyev, Sizin müdrik rəhbərliyinizlə Qarabağdakı işğala 44 günlük qısa zamanda son qoyuldu. Bu, bütün Türk dünyası üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanın ərazi bütövlüyünün bərpası Türk dünyasının birliyini gücləndirdi. Qarabağdakı qələbə həm də bölgəmizdə arzuladığımız daimi sülhə yol açdı. Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim etdiyim üçün çox xoşbəxtəm”, - deyə Ərdoğan vurğulayıb.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi