olkepress.com
olkepress.com

Mehriban Əliyeva Orxanla Lamiyəni təbrik etdi

4-09-2021, 18:25

Mehriban Əliyeva Orxanla Lamiyəni təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında uğur qazanan idmançılarımızı təbrik edib.

Ölkəpress.com xəbər verir ki, Birinci vitse-prezidentin instaqram hesabında bununla bağlı etdiyi paylaşımda deyilir:
“Azərbaycan “Tokio-2020” Yay Paralimpiya Oyunlarında iştirakını başa çatdırdı! Növbəti qızıl medalları Orxan Aslanov və Paralimpiyada rekordunu təzələmiş Lamiyə Vəliyeva qazandılar! Bütün qalibləri səmimi-qəlbdən təbrik edirəm! İdmançılarımıza təşəkkür edirəm! Siz Azərbaycanı layiqincə təmsil etdiniz! Yüksək bacarıq, qətiyyət, məqsədyönlülük nümayiş etdirərək, siz bütün azarkeşlərinizin ümidlərini doğrultdunuz! Bizim 14 qızıl, 1 gümüş və 4 bürünc medalımız var! Buna görə çox sağ olun! Hər birinizə möhkəm cansağlığı, sevinc, səadət, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi