olkepress.com
olkepress.com

Bu insanlara naringi yemək OLMAZ -

25-11-2019, 22:19

Bu insanlara naringi yemək OLMAZ -"Naringi meyvəsinin həm faydası həm də zərərləri var".

Milli.Az xəbər verir ki, bu barədə müsahibəsində rusiyalı dietoloq Yelena Solomatina deyib.
"Naringini yemək olar və lazımdırda.Bu meyvənin tərkibində çox miqdarda vitamin, mikro və makro elementlər, antioksidanlar var. Bundan əlavə naringi bakterial göbələklərin böyüməsinə də maneə olur". Bundan əlavə mütəxəssis sitrus meyvələrinin payız-qış aylarında xüsusilə faydalı olduğunu da qeyd edib. Çünki onların tərkibində olan C vitamini virus xəstəliklərinin profilaktikası üçün böyük faydaları var. Dietoloq həmçini naringinin hansı xəstəlikdən əziyyət çəkən insanlara qadağan olduğunu da açıqlayıb. "Mədə-bağırsaq xəstəlikləri, qastrit və mədənin turşuluğu çox olan insanlara naringi qəbul etməməyi tövsiyə edirəm. Naringini həmçini ac qarnına yemək təhlükəlidir. Çünki boş mədəyə qəbul edilən meyvə sağlam insanlara belə pis təsir göstərə bilər",- deyə qeyd edib. (ölkə.az)

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi