olkepress.com
olkepress.com

Qarabağda canını, qanını vermiş övladlarımıza biganə baş həkim – icra başçısına güvənən Bəşirova KİMDİR?

24-11-2020, 11:44

Qarabağda canını, qanını vermiş övladlarımıza biganə baş həkim – icra başçısına güvənən Bəşirova KİMDİR?Xocavənd sakinləri rayon səhiyyə sisteminin kimin tərəfindən idarə edilməsini aydınlaşdırmaq istəyirlər… Səhiyyə Nazirliyinin bu məsələyə aydınlıq gətirməsi lazımdır… Məsələ ondadır ki, bu rayonun səhiyyə sistemində anormal bir durum hökm sürür.

Beləki, rayon icra başçısı Eyvaz Hüseynovun kadrı və yaxın adamı kimi tanınan Nurəngiz Bəşirova vaxtı ilə korrupsiya maxinasiyaları ilə gündəmdə idi. Onun haqqında ölkə mətbuatında sislsilə yazılar dərc olunurdu. Xocavəndin o vaxtkı baş həkiminin adı həmçinin bir çox qalmaqallarda hallanırdı. Və son qalmaqaldan sonra onu Rüfət Səfərov əvəz etdi.Ancaq Rüfət Səfərov baş həkim vəzifəsinə təyin edilsə də rayon səhiyyəsini keçmiş baş həkim Nurəngiz Bəşirovanın idarə edirdi.

Rayonun Mərkəzi Xəstəxanasında sıravi həkim kimi çalışan xanım Bəşirova Rüfət Səfərovun kabinetində əyləşirdi. Xəstəxananı idarə edən Nurəngiz Bəşirova həmdə bütün maliyyə işlərinə nəzarət edirdi. Maraqlıdır ki, baş həkim Rüfət Səfərov onun kabinetini və səlahiyyətlərini “işğal” edən Bəşirovaya qarşı tam səssizlik idi. 30 illik başçı Eyvaz Hüseynovun sözündən sonra o nə karə idi ki… Bəşirova Səhiyyə Nazirliyinin təyinatı ilə baş həkim vəzifəsinə gətirilən Fövzi Tahirova da faktiki olaraq vəzifəsini icra etməyə imkan verilmədi. Fövzi Tahirov Ağcabədi Xəstəxanasının baş həkimi təyin edildikdən sonra bu ilin əvvəlində Xocavənd icra başçısı Eyvaz Hüseynov bütün əlaqələrini işə salaraq Nürəngiz Bəşirovanın baş həkim təyinatına üçün yenidən hərəkətə keçdi. Və müvəffəq oldu. Sonunda TƏBİB-in rəhbərliyi icra başçısının israrlı xahişini yerinə yetirib və 2 il əvvəl çox ciddi səbəblərə görə işdən azad olunan Nürəngiz Bəşirova Xocavənd Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyinatı elan edildi.

Amma yenədə heçnə dəyişmədi. Vəziyyət əvvəlkindən də acınacaqlı hal alıb. İddialara görə, Xocavənd Mərkəzi Xəstəxanası faktiki olaraq pullu xidmətə keçib. İcra başçısı Eyvaz Hüseynov xanım Bəşirovanı o qədər arxayın salıb ki, 44 gün ərzində vətən torpaqlarını qanları bahasına ermənilərdən geri alan şəhid və qazi ailələrinə belə pulsuz kömək göstərməkdən imtina edir.

Bildirilir ki, döüşlərdə əlil olmuş Qazilərimizə və Şəhid olmuş Əsgərlərimizin valideynləri xəstəxana qapölarında sürünür və bilərəkdən incidilir. Dövlətin ayırdığı pulsuz dərmanlar belə onlara pulla satılır. İndiki məqamda bu stastusda olan ailələri dövlətdən incik salmaq Prezidentə qarşı çıxmaqdır. Ölkə başçısı hər ifadəsində qeyd edir ki, Əlillər, Şəhid Ailələri, və Əsgər eləcədə valideyinləri onun himayəsindədir.Yaralıların, Əlillərin, müalicəsi dövlət edir və edəcək. Əcabə onda görəsən, E.Hüseynova arxayın olan Nürəngiz Bəşirovanın rəhbərliyi altında lan Mərkəzi Xəstəxanada nə baş verir? Baş Həkimi xəstəxanada çiçəklənən rüşvət və özbaşınalığa nə vadar edir. Qeyd edək ki, bu barədə növbəti yazıda şikayətçinilərin diliylə çox mətləblər işıq üzü görəcək. Görəsən onda da xanım baş həkim yenədə mətbuata elçi salıb dost axtarışına çıxacaq?

Xatırladaq ki, bir neçə il əvvəl Ağcabədi Rayon Prokurorluğunda Xocavənd Rayon Mərkəzi xəstəxanının baş həkimi Nürəngiz Bəşirova və xəstəxanının bir neçə əməkdaşı barəsində cinayət iş açılmışdı. Cinayət məcəlləsinin 179.2.3 və 313 maddələri ilə təqsirləndirilən N.Bəşirova doğulmayan uşaqların adına saxta sənəd hazırlamaqla onlara ayrılan müavinətləri mənimsəməkdə günahlandırılırdı. Bu barədə Baş Prokurorluğun məlumatında da bildirilirdi.

KAİM.az-a göndərilən müraciətlərdə, həmin halların yenə tüğyan etdiyi, baş həkimin Qarabağda eləcədə Xocavənddə canını, qanını vermiş övladlarımıza biganə olmasının səbəbləri bildirilir. Bu barədən silsilə yazıları təqdim etməyə çalışacağıq.

Qarşı tərəfidə dinləməyə hazırıq

ÖLKƏPRESS.COM


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi