olkepress.com
olkepress.com

Həkimlər pasiyentləri özlərinin istədiyi ünvana yönlənidirir – VİDEO

21-09-2020, 12:10

Həkimlər pasiyentləri özlərinin istədiyi ünvana yönlənidirir – VİDEOBəzi həkimlər özəl tibb müəssisələri ilə əməkdaşlıq edir və pasiyenti analiz üçün ora yönləndirirlər.

Ölkəpress.com Xəzər TV-yə istinadən xəbər verir ki, Hətta, elə hallar olur ki, xəstənin əlində analiz nəticəsi olmasına baxmayaraq ondan yenidən müayinədən keçməsini tələb edirlər.

Sakinlər bildirirlər ki, onların artıq xərcə düşməsi ilə nəticələnən bu vəziyyət həkimlərin maddi maraq güdməsindən irəli gəlir. Məsələyə aidiyyəti dövlət qurumunun münasibəti isə çox maraqlıdır.

Bəzən həkimlər pasiyentləri analiz vermək və ya müayinədən keçmək üçün özlərinin istədiyi ünvana yönlənidirir.

Sakinlər bildirirlər ki, hətta bəzən olur ki, qısa müddət əvvəl keçdikləri müayinələrin nəticələrini qəbul etməyən həkimlər pasiyentləri yenidən analiz üçün özəl tibb müəssisələrinə yönləndirir. Orada da analizlər və müayinələr həddindən artıq baha başa gəlir. Sakinlər bu cür hərəkətlərdə həkimlərin maddi marağının olduğunu düşünürlər.

"Sağlamlığa Xidmət" İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva deyir ki, bəzən analizlərin cavabları köhnə olduğu və həkim pasiyentin son halını öyrənmək üçün yenidən müayinə tələb edir. Bəzən də nəticələrinin dəqiqliyinə əmin olduğu laboratoriayalara yönləndirməli olur. Lakin həkimin maddi maraq güddüyü hallar da az deyil.

Pərvanə Vəliyevanın sözlərinə görə, İcbari Tibbi Sığortanın bütün ölkə üzrə tətbiqindən sonra bu cür hallara yol verilməyəcək. Çünki, həkimin tələb etdiyi müayinələr sonradan monitorinq ediləcək.

Lakin qeyd etmək lazımdır ki, bütün laboratoriyalar müvafiq dövlət qurumlarının nəzarəti altında və tələb etdiyi standartlara uyğun qurulur. Belə olan halda laboratoriyalar arasında "inamsızlıq" məsələsinin ortaya çıxması da qeyri-normal haldır. Kanal əməkdaşları bu cür hallara necə nəzarət olunması ilə bağlı TƏBİB-in mövqeyini öyrənə bilməyib. Qurumdan konkret fakt üzrə cavab verə biləcəklərini qeyd ediblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi