olkepress.com
olkepress.com

Uşaqları koronavirusdan necə qorumalıyıq?

27-10-2021, 21:40

Uşaqları koronavirusdan necə qorumalıyıq?

Uşaqları koronavirus infeksiyasından qorumaq üçün rejimlərinə, düzgün qidalanmalarına diqqət etməliyik.

Ölkəpress.com bildirir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova nazirliyin rəsmi "Instagram" hesabında qeyd edib.
Onun sözlərinə görə, qış fəslinə daxil olduğumuz aylarda uşaqlarda immunitet zəifləməsi baş verir: "Bu, təhsil müəssisələrinin açıldığı dövrə təsadüf etdiyindən, təmaslar da çox olur. Uşaqları qorumaq üçün düzgün, balanslı qidalanmaları təmin edilməlidir. Mədə-bağırsaq sisteminin və yuxu rejiminin pozulmasının qarşısı alınmalıdır.

Eyni zamanda, ailə mühiti qənaətbəxş olmalıdır. Uşaqlar stressə mümkün qədər az məruz qalmalıdırlar. Körpələr 6 aya qədər müstəsna ana südü ilə qidalanmalı, sonralar isə qida əlavələri ilə yanaşı, ana südü də verilməlidir".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi