olkepress.com
olkepress.com

Bunların təbii ağrıkəsici olduğunu bilirdinizmi?

15-03-2021, 12:02

Bunların təbii ağrıkəsici olduğunu bilirdinizmi?Hər dəfə bədəninizin müəyyən hissələrində ağrı ya da narahatlıq hiss etdikdə həmin dəqiqə ağrıkəsici qəbul etmək istəyirsiniz. Lakin bu dərmanlar sağlamlıq üçün olduqca təhlükəlidir. Belə ki, tərkibi kimyəvi maddələr olan ağrıkəsicilər bədəndə olan narahtlığı qismən azaltsa da, başqa orqanlara mənfi təsir edir. Buna görə də mütəxəssilər, şiddətli ağrılara qarşı bunları əvəz edən təbii vasitələrin qəbulunu məsləhət görür.

Xarici mətbuata istinadən, həmin təbii vasitələri təqdim edirik

1.Zəncəfil

Zəncəfil oynaq və əzələ ağrısı üçün nəzərdə tutulur. Həzm problemlərini və soyuqdəyməni aradan qaldırmaqla yanaşı oynaq ağrısını azalda bilən “gingerol” adlanan iltihab əleyhinə birləşmələrlə zəngindir. Aparılan son araşdırmalar zamanı, 11 gün davamlı olaraq zəncəfil qəbul edən insanların əzələ ağrılarında yüzdə 25 faiz azalma müşahidə edilib. Başqa bir araşdırmada isə zəncəfil ekstraktının diz ağrısını da azaltmağa kömək etdiyi məlum olub. Amerikalı alimlər, zəncəfili oynaq ağrılarında alternativ qida olaraq tövsiyyə edir.

2.Qızıl balıq

Qızıl balıq əsasən mədə ağrısı üçün məsləhət görülür. Qida mütəxəssislərinin apardığı təcrübələrə əsasən, qızıl balığın tərkibindəki Omega-3 ağrıyan oynaqları, eyni zamanda stresslə əlaqəli yaranan mədə ağrılarının da qarşısını ala bilir. Buna görə də mədə ağrısı zamanı omeqa-3 mənbəyi olan qızılbalıq yemək məsləhət görülür.

3.Qəhvə

Qəhvə baş ağrılarını və miqreni aradan qaldırır. Araşdırmalar göstərir ki, təxminən 16 qram dəmlənmiş qəhvə ( tərkibində 200 milliqram kofein miqdarı vardır) miqren də daxil olmaqla, baş ağrılarından xilas olmağa kömək edir. Lakin artıq hər gün qəhvə qəbulunu dayandırsanız, bununun tam əksi olacaq. Çünki mütəmadi qəhvə içənlər birdən birə kofeini azaltdıqda baş ağrıları geri qayıdır. Mütəxəssislər, gündə bir ya da iki fincan qəhvə içməyin sağlamlığa heç bir zərəri olmadığını bildirirlər.

4. Adaçayı

Adaçayı daha çox boğaz ağrısı üçün istifadəe dilir. Dalamazkimilər fəsiləsinə aid bitki növüdür. Boğazda ağrı yaxud da qıcıqlanma olduğu zaman adaçayı yarpaqları ilə dəmlənən bitki çayı qəbul edin. Bu mütəxəssislər tərəfindən tövsiyyə edilir və kliniki sınaqlar zamanı da müsbət nəticələr verib.

5. Albalı

Albalı ağrıyan və yorğun əzələlər üçün istifadə edilir. Bəzən məşqdən sonra əzələlərdə ağrılar yaranır. Böyük Britaniyalı mütəxəssislər bu ağrılara qarşı da təbii vasitə müəyyən ediblər. Onlar albalının əzələ ağrılarını azaltdığını müşahidəe diblər. Təcrübə zamanı 10 gün ərzində, gündə iki dəfə 1 stəkan albalı suyu içənlərin əzələ ağrıları digərlərinə nisbətən azalıb. Ümumiyyətlə üzüm, nar, albalı kimi meyvələr orqanizimdə yüksən ağrıkəsici effekti yaratmağa qadirdir.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi