olkepress.com
olkepress.com

Potensial təhlükəli asteroid Yerə yaxınlaşır

12-01-2021, 12:47

Potensial təhlükəli asteroid Yerə yaxınlaşırAstronomlar yaxın iki gündə potensial təhlükəli “2020 WU5” asteroidinin planetimizin yaxınlığından keçəcəyini bildirirlər.

“RİA Novosti”nin məlumatına görə, onun hərəkət trayektoriyası NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının veb saytında verilib.

“2020 WU5” asteroidi 2020-ci ilin noyabr ayında “NEOWISE” (“Wield-Field Infrared Survey Explorer”) kosmik teleskopu tərəfindən əldə edilmiş şəkillərdə aşkar edilib.

Asteroid orbitləri xaricdən yer üzü ilə kəsişən “Apollon” qrupuna aiddir. Diametri 0,5-1,1 kilometr arasında olan səma cisminin Yerə ən yaxın yanaşması yanvanın 13-dən 14-nə keçən gecə gözlənilir. Bildirilir ki, Şimal yarımkürəsinin orta enliklərində onu müşahidə etmək üçün yaxşı şərait olacaq.

Asteroidin Yerdən kifayət qədər uzaq keçməsinə baxmayaraq (müxtəlif hesablamalara görə, 8,1-7,5 milyon kilometr arasında), potensial təhlükəli kimi təsnif edilir.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi