olkepress.com
olkepress.com

Biyan kökü min bir dərdin dərmanıdır - FOTO

30-07-2020, 17:39

Biyan kökü min bir dərdin dərmanıdır - FOTOArtıq neçə aylardır dünya, eləcə də ölkə gündəminin əsas mövzuları viruslar, immunitet, virusların yaratdığı xəstəliklərdir. Mütəxəssis həkimlər virusa yoluxmamaq üçün insanlara immun sistemlərini gücləndirməyi məsləhət görürlər. Dərman preparatları olmadan, məhz təbii vasitələrlə immun sistemimizi necə möhkəmləndirə bilərik?

Hal-hazırda bütün dünya əhalisi koronavirusun törətdiyi xəstəliklərdən çox narahatdır. Çünki bu növ virus yenidir və onu məhv etmək üçün hələ dərman preparatları kəşf edilməyib. Müxtəlif ölkələrdə COVID-19 virusunu məhv etmək üçün yeni üsullar, yeni preparatlar təklif olunub.
Lakin təklif edilən vasitələr virusu məhv edə bilmir, onun fəaliyyətini maksimum 62%-ə qədər azalda bilir.
Çində ənənəvi üsullarla xəstələrin müalicəsinə təşəbbüs göstərilib, belə ki, dərman bitkilərindən, iynəvari küknarlardan və biyan kökündən alınan preparatları geniş tətbiq etməklə müsbət nəticələr alıblar. Ayrıca, müxtəlif bitkilərdən alınan homeopatik, yəni immun sistemini gücləndirən preparatlardan da istifadə ediblər. Biyan, zəncəfil, evkalipt, çökə çox faydalıdır. Bu bitkilərdən istifadə edərək dəmləmə hazırlayıb, inhalyasiya şəklində istifadə ediblər. Bunlar yüngül fazada məsləhətdir. Biyan kökü Çin təbabətində beş min ildir ki, məşhur və faydalı bitki kimi müxtəlif xəstəliklərin müalicəsində geniş tətbiq olunur. Azərbaycan alimləri ilk dəfə dünya təbabətində biyan bitkisinin limfatrop və immunotrop xassələrini aşkarlayıb, dünyaya bəyan edib.
Biyan preparatları immun sistemi gücləndirir. İmmun sistemin gücləndirilməsinə ehtiyac olan bütün xəstəliklərin müalicəsində biyan məhsullarından mütləq istifadə etməliyik. Çünki onlar effektiv şəkildə immun sistemini stimulə edir.
Biyan bizim ölkənin təbii mənşəli sərvətidir. Dünyada hal-hazırda bu bitkiyə aid 8500 ixtira mövcuddur. O cümlədən, tərkibində olan faydalı maddələrə görə müasir üsullarla bitkidən 200-dən artıq bioloji faydalı maddələr (ən maraqlısı qlisirrizin turşusu, saponinlər, flavonoidlər, vitaminlər, üzvi turşular, mikroelementlər, qətranlar, fitosterinlər və bir çox başqa maddələr) alınır.
Bunlardan ən faydalısı qlisirrizin turşusudur. Qlisirrizin turşusu bir çox xəstəliklərin müalicəsində tətbiq olunur. İltihab əleyhinə, bəlğəmgətirici, bəlğəmdurulaşdırıcı, antiallergik antidot, antioksidant, antikanserogen, hepatoprotektor, spazmolitik, yarasağaldıcı, virus əleyhinə, immunomodulyator təsirlərə malikdir. O, demək olar ki, min bir dərdin dərmanıdır.
Biyanın öskürək əleyhinə təsiri xüsusi maraq doğurur. Çünki biyan dünyada yeganə bitkidir ki, həm quru, həm də yaş öskürəkdə geniş tətbiq olunur və dərman kimi çox gözəl effekt verir. Hələ 1000 ildən çox əvvəl İbn Sina “Həkimlik elminin qanunu” traktatında biyanın mədə, ağciyər xəstəlikləri zamanı istifadə etdiyini və onun ən yaxşı bəlğəmgətirici vasitə olduğunu qeyd etmişdi. Biyanın həm limfastimuləedici, həm də immunstimuləedici təsirini nəzərə alaraq, ondan koronavirusun profilaktikasında, bəzi hallarda isə başqa virus əleyhinə preparatlarla kombinə edilmiş şəkildə çox yaxşı vasitə kimi tətbiq etmək olar.
Biyan qədimdən bu günə qədər zəhərlənmələr əleyhinə bütün dərmanların tərkibinə daxil olunub və istifadə olunur. Biyan hal-hazırda 12 müxtəlif farmakoterapevtik, yəni tibdə məlum olan farmakoloji qruplara daxil olub və geniş tətbiq olunur.
Dünyada bitən biyanlardan fərqli olaraq, Azərbaycanda bitən biyanın tərkibində 24% qlisirrizin turşusu var. Yəni virus əleyhinə maddə ən çox bizim biyanın tərkibindədir.
Azərbaycanda, Ağdaş rayonunun Şıxlı kəndində yerləşən “Biyan Sənaye Parkı”nda, “Bitki Ekstraktı və Sirop Zavodu”nda “BIYAN PRODUCTS” MMC-yə məxsus patentlər əsasında İSO, GMP standartlarına uyğun 100% bitki mənşəli, yüksək keyfiyyətli bioloji fəallığa malik qida əlavələri istehsal olunur. Onlar öskürək əleyhinə, birbaşa tənəffüs yollarının iltihablarında, bronxit, traxeit, pnevmoniyaların müxtəlif növləri, zökəmin fəsadları, immun sistemin fəsadlarında çox effektiv kömək edir. O cümlədən, sedativ təsirli şərbətlər də mövcuddur.
Ölkəmizdə koronavirusun müalicəsində bizim milli biyan preparatlarımızdan profilaktik və müalicə məqsədilə istifadə etmək olar.
Daha ətralı məlumatı aşağıdakı linklərdən əldə edə bilərsiniz:

“Facebook” səhifəsi: https://www.facebook.com/BIYAN-PRODUCTS-1028695880592145
“Instagram” səhifəsi: https://www.instagram.com/biyan_products/

Ölkəpress.com


Biyan kökü min bir dərdin dərmanıdır - FOTO


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi