olkepress.com
olkepress.com

Ən çox bu yuxuları görürük

7-12-2022, 08:48

Ən çox bu yuxuları görürük

Britaniyada fəaliyyət göstərən “Brilliant British”​ şirkətindən bir qrup quqlda aparılan axtarışlardan məlumat toplayıb və hansı yuxuların hansı ölkədə daha çox axtarıldığını müəyyən edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ən çox axtarılan yuxuların ilanlarla bağlı olduğu məlum olub.

“Yuxuda ilan görmək” ifadəsi bir ay ərzində Braziliyada 352 min, Türkiyədə isə 214 min dəfə axtarılır. Türkiyə və Braziliya ilə yanaşı, Əfqanıstan, Qazaxıstan, İran, İsrail, Rusiya, Ukrayna, Finlandiya, Portuqaliya və Oman da bu siyahıda yer alır.

Dünyada ilanlardan sonra ən çox görülən yuxular “dişlərin tökülməsi” olub.

Araşdırmalara görə, quqlda “yuxuda dişlərin tökülməsi” kimi ifadələr ən çox Qərbi Avropada, o cümlədən, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri və Şimali Amerikada axtarılır.

Məsələn, ABŞ-da bu mövzuda ayda 81 min axtarış edildiyi bildirilir. Amerikalıların tez-tez araşdırdıqları digər yuxulara “tətilə getmək” və ya “hörümçək” kimi təhlükəli heyvanlarla rastlaşmaq daxildir.

Bundan əlavə, Səudiyyə Ərəbistanı, İraq və Bəhreyndə “evlilik”, Küveyt, Livan və Danimarkada isə “hamiləlik” ən çox görülən yuxular olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi