olkepress.com
olkepress.com

Təzə meyvələrdən daha faydalı olan quru meyvələrin adları açıqlandı

5-11-2021, 18:31

Təzə meyvələrdən daha faydalı olan quru meyvələrin adları açıqlandı

Kişmiş, quru ərik, xurma, gavalı ən çox yayılmış və ən faydalı quru meyvələrdir.

Bu barədə rusiyalı dietoloq Lyudmila Mikityuk bildirib.

Onun sözlərinə görə, sadalanan qurudulmuş meyvələr təzə meyvələrdən daha çox lif, vitamin və mineralı özündə ehtiva edir. Bu isə gündəlik tələb olunan qida maddələrinin daha böyük faizini qarşılamağa imkan verir. Məsələn, kişmişdə çoxlu maqnezium, “B” vitamini var. Bu onu bədəndəki təzyiqi aşağı salmaqda, iltihabı azaltmaqda əvəzolunmaz edir.

Gavalı qəbizliyin qarşısını təbii şəkildə alan vasitə kimi istifadə edilə bilər. Tərkibində çoxlu miqdarda kalium, lif, “A” və “K” vitaminləri var.
“Bu məhsul ürək-damar xəstəliklərini profilaktikasında istifad oluna bilər, həmçinin yüksək konsentrasiyalı boa sayəsində osteoporozla mübarizədə yaxşıdır”, - deyə o, bildirib.

Xurmanın tərkibində yüksək miqdarda dəmir, lif və kalium var. Bu meyvə antioksidantlar arasında liderdir və sərbəst radikalların zərərini neytrallaşdıra bilir. Xurma uşaq gözləyən qadınlar üçün, xüsusən də hamiləliyin son aylarında çox faydalıdır.

Quru ərik “A” və “C” vitaminləri, kalium, liflə zəngindir. Bu qurudulmuş meyvəni istehlak etməklə, xüsusilə dəri və gözlər üçün faydalı olan “A” vitamininin gündəlik normasının 47 faizi təmin olunur.

“Bu dörd yeməkdə güclü antioksidant sayılan çoxlu polifenol var”, - deyə o bildirib.

Mikityuk bununla belə kalorisi yüksək olduğu üçün yeyilən quru meyvələrin miqdarına nəzarət etməyi məsləhət görüb.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi