olkepress.com
olkepress.com

“Qarabağ” yatağında hasilata başlamaq üçün hazırlıq işləri görülür

12-05-2020, 10:44

“Qarabağ” yatağında hasilata başlamaq üçün hazırlıq işləri görülür
2020-ci ilin ikinci yarısında “Qarabağ” yatağının işlənməsi üçün platformanın quraşdırılmasına başlamaq planlaşdırılır. Platformanın dayaq bloku artıq hazırdır. Bunun ardınca platformanın yuxarı blokunun dizaynı və quraşdırılması nəzərdə tutulur.

Platformada altı neft hasilatı və üç suvurma quyusu qazılacaq. Sualtı texnologiya əsasında yataqda daha iki qaz hasilatı quyusunun qazılması da nəzərdə tutulub.

SOCAR-ın sözçüsü İbrahim Əhmədov Baku TV-yə bildirib ki, bu bloku SOCAR-ın törəmə şirkəti “Bos Shelf” tikib. Platformanın üst hissəsi layihələndirilməlidir. Qarşıdakı illərdə həmin yataqda hasilat işlərinə başlanılacaq.

SOCAR və “Equinor” Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 120 kilometr şərqdə “Qarabağ” neft-qaz yatağının kəşf olunması faktını təsdiq ediblər. İlkin dəyərləndirmələrə əsasən, yatağın neft ehtiyatı 60 milyon tondan çoxdur.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi