olkepress.com
olkepress.com

“SOCAR Petroleum” CNG satışını 8,5 dəfə artırıb

13-01-2020, 10:52

“SOCAR Petroleum” CNG satışını 8,5 dəfə artırıb2019-cu ildə “SOCAR Petroleum” QSC pərakəndə satış bazarında 2,559 mln. kubmetr sıxılmış təbii qaz (CNG) satıb.

QSC-dən Report-a verilən məlumata görə, 2018-ci illin eyni dövrü ilə müqayisədə, CNG-nin pərakəndə satışı 8,5 dəfədən çox artıb.
Hazırda ölkədə yeganə CNG şəbəkə təchizatçısı olan “SOCAR Petroleum”a məxsus 30 yanacaqdoldurma məntəqəsinin doqquzunda bu mühərrik yanacağının satışı həyata keçirilir və əlavə olaraq doqquz YDM-də CNG dolum məntəqələrinin montaj-quraşdırılma işləri yekunlaşdırılır.
Xatırladaq ki, CNG beynəlxalq praktikada geniş istifadə olunan qənaətli, ekoloji təmiz (Avro-6 standartının tələblərinə cavab verən) və ən təhlükəsiz mühərrik yanacağıdır.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi