Dünya bazarında neft ucuzlaşıb.Ölkəpress.com xəbər verir ki, bu saata olan göstəricilərə görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin fevral müqaviləsinin dəyəri 0,34% azalaraq 1 barelə görə 74,14 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,42% azalaraq 70,99 dollar təşkil edib.