olkepress.com
olkepress.com

“Kəlbəcər” adlı tanker istifadəyə veriləcək

16-12-2019, 12:55

“Kəlbəcər” adlı tanker istifadəyə veriləcəkBakı Gəmiqayırma zavodunda növbəti tankerin tamamlanma işləri aparılır.

Oxu.Az xəbər verir ki, bunu Xəzər Dəniz Gəmiçiliyinin QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev deyib. Onun sözlərinə görə, gələn il “Kəlbəcər” adlı tankerin istifadəyə verilməsi gözlənilir: “Sözügedən tanker “Kəlbəcər” adı altında təqdim olunacaq. Gəminin texniki imkanları ona icazə verir ki, maksimum yüklə Volqa-Don kanalı ilə dünya sularında, həm də Xəzər dənizində hərəkət etsin. Bu gün Xəzər Dəniz Gəmiçiliyinin dünya sularında Azərbaycan bayrağı altında üzən 14 gəmisi var. Onlardan 12-si quru yük gəmisi, ikisi isə tankerdir”.
M.Mehdiyev onu da əlavə edib ki, “Kəlbəcər” adlı tankerin hazırlanması ilə Azərbaycanın bütün işğal olunmuş rayonlarının tankerlərə verilən adları tamamlanır.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi