olkepress.com
olkepress.com

Neftin gələcək QARA TALEYİ

22-09-2021, 11:11

Neftin gələcək QARA TALEYİ

Karbon emissiyalarını azaltmaq üçün elektriklə işləyən avtomobillərin istehsalının çoxalması 2050-ci ildə qlobal neft emalı tələbatını yarıya endirə bilər.

Metbuat.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi "Rystad Energy" konsaltinq şirkətinin analitiklərinin proqnoz verib.
Məlumata görə, əsrin ortalarına qədər elektrikli avtomobillərin bazardakı payı 90 faiz artacaq. Analitiklərin fikrincə, bu ssenari, ehtimal ki, mövcud qlobal emal gücünün 50 faiz azalması ilə nəticələnə bilər.

"Elektrikli nəqliyyat vasitələri qlobal olaraq benzin və dizel istehlakını azaldsa da, emal sektorunda problem yaradacaq. Çünki şəhərləşmə səbəbindən aviasiya, dənizçilik və neft -kimya sektorlarında digər neft məhsullarına olan tələbat yüksək olaraq qala bilər" deyə açıqlamada bildirilir.

"Rysted Energy" analitikləri 2021-ci ilin ikinci yarısında koronavirus pandemiyası səbəbiylə azalmış tələbatın gündə 80,1 milyon barrelə qədər artacağını gözləyirlər.

Qeyd edək ki, 2021-ci il avqustun ortalarında Çində neft emalı son 14 ayda minimum səviyyəyə düşdü. Bu il Çin hakimiyyəti neft emalı sənayesinin özəl sektorunda çirklənməni məhdudlaşdırmaq və sənayeçilər üçün vergi boşluqlarını bağlamaq üçün islahatlar aparır.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi