olkepress.com
olkepress.com

SOCAR və “Baker Hughes” arasında bir sıra sənədlər imzalanıb

10-12-2019, 11:59

SOCAR və “Baker Hughes” arasında bir sıra sənədlər imzalanıbBu gün Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Baker Hughes” beynəlxalq şirkəti arasında bir sıra sənədlər imzalanıb.

Report xəbər verir ki, imzalanma Bakıda keçirilən “Energy Forward” tədbirində baş tutub. İlk sənəd yuxarı axın əməliyyatlarında səmərəli quyuların konsepsiyasının işlənib hazırlanması və icrası ilə bağlı anlaşma memorandumudur. Bu layihənin əsas məqsədi yeni quyularda səmərəliliyin artırılması imkanlarının müəyyən olunması və əldə edilməsidir.
“Baker Hughes” şirkətinin qabaqcıl texnoloji həllərinin tətbiqi Azərbaycanın neft və qaz sənayesində inkişafa dəstək olmaqla, yerli resurslar və imkanlardan daha səmərəli istifadəyə şərait yaradacaq.
Digər sənəd “Baker Hughes” və SOCAR-ın Neft və Qaz Tədqiqatı və Layihələndirmə İnstitutu arasında imzalanıb və SOCAR-ın Azərbaycanda mövcud qurğusundan səmərəli istifadə əsasında neft sənayesi üçün reagentlərin istehsalını daxildə həyata keçirməyə yol açan razılaşmadır.
Qlobal hasilat standartlarını təqdim etməklə, “Baker Hughes” və SOCAR yerli istismar təşkilatlarına ölkə daxilində və Xəzər dənizi regionunda aparıcı layihələrə qoşulmaq imkanı verəcək. Bu təşəbbüs həmçinin, yerli imkanları genişləndirmək və təkmilləşdirməklə biliklərin ötürülməsinə imkan verəcək və uzun-müddətli strateji fayda yaradacaq.
Bundan əlavə, “Baker Hughes”, Bakı Ali Neft Məktəbinə JewelSuite proqram təminatı üçün lisenziyanın verilməsi barədə təhvil-təslim aktı imzalanıb. Dəyəri bir milyon ABŞ dollarından artıq olan bu proqram təminatı üçün lisenziyalar tələbələrə Xəzər hövzəsində yeraltı mürəkkəb quruluşları modelləşdirməyə imkan yaradacaq. Bu təşəbbüs, sənaye sahəsində aparıcı geoloji və geofiziki proqram təminatından istifadə sahəsində real təcrübə qazanacaq, eyni zamanda, tələbələrin təhsildən birbaşa peşəkar fəaliyyətə keçidinə dəstək verəcək.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi