olkepress.com
olkepress.com

“Neftçi”nin Çempionlar Liqasında ilk sınağı

7-07-2021, 15:55

“Neftçi”nin Çempionlar Liqasında ilk sınağı

Bu gün Azərbaycan çempionu “Neftçi” Çempionlar Liqasının I təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Ölkəpress.com xəbər verir ki, rəqib Gürcüstanın paytaxtı Tbilisini təmsil edən “Dinamo” klubudur.

Bakı vaxtı ilə 20:00-da başlayacaq qarşılaşma Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək.

Tərəflər buna qədər heç bir rəsmi turnirdə üz-üzə gəlməyib. Yeddi illik fasilədən sonra Çempionlar Liqasına qayıdan “ağ-qaralar” bu oyunda qələbə qazansa, növbəti mərhələdə Yunanıstanın “Olimpiakos” kollektivi ilə qarşılaşacaq.

Qarşılaşmada məğlub olacaq tərəf gücünü UEFA Konfrans Liqasında sınamalı olacaq.

Oyunda baş hakim funksiyasını İsraildən olan David Fuksman yerinə yetirəcək.

Bundan başqa, bu gün “Qarabağ” klubunun sabiq hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa “Leqiya”sı da Çempionlar Liqasının birinci təsnifat mərhələsində ilk oyununa çıxacaq. Polşa təmsilçisi bu mərhələdə Norveçin “Budö/Qlimt” klubu ilə üz-üzə gələcək. Bu görüş də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi