Ölkəmiz Kiberfutbol Assosasiyasının Rusiyada təşkil edəcəyi DOTA2 üzrə beynəlxalq yarışda iştirak edəcək. Beynəlxalq turnirdə 20-dən çox ölkə təmsil olunacaq. Azərbaycanın adından yarışda GMT komandası çıxış edəcək.
İyunun 20-də start götürəcək turnirin bu ilki iştirakçı ölkələrinin tam siyahısı yaxın günlərdə açıqlanacaq. Azərbaycanla yanaşı Rusiya, Fransa, Belçika, Portuqaliya, İtaliya, İspaniya, İngiltərə və Ukrayna komandaları yarışda iştirak edəcəyi dəqiqləşib.
Yarışın ümumi mükafat fondu 11850 ABŞ dollar təşkil edir.
Qeyd edək ki, bu ilin mart ayında fəaliyyətə başlayan GMT komandası yeni olmasına baxmayaraq artıq müəyyən turnirlərdə layiqli mübarizə aparmaqla gücünü göstərməyi bacarıb. Hazırda Rusiyanın aşağı liqasında çıxış edən GLA komandası birinci mövsümdə ilk üçlükdə qərarlaşmaqla yüksək liqaya vəsiqə əldə edib.
Rusiya Kubokunda da yarımfinala qədər irəliləyən komandamız potensialının yüksək olduğunu sübut edib.
ölkəpress.com