“Mançester Siti” 1/8 finalda, “Borussiya”dan darmadağın
Çempionlar Liqasının qrup mərhələsinin iki oyunu keçirilib.
C qrupundakı qarşılaşmada Yunanıstanda “Olimpiakos”u 1:0 hesabı ilə məğlub edən İngiltərənin “Mançester Siti” komandası adını növbəti raunda yazdırıb.
“Şəhərlilər”in turnir cədvəlində dörd oyundan sonra 12 xalı var.
B qrupunun qarşılaşmasında isə Almaniyanın “Borussiya” (Münxenqladbax) komandası evdə Ukrayna “Şaxtyor”unu darmadağın edib - 4:0.
Bu qələbə ilə səkkizinci xalını qazanan “Borussiya” liderliyini möhkəmlədib. Dörd xalı olan “Şaxtyor” isə hələlik ikinci sırada qərarlaşıb.
ölkəpress.com
« Temmuz 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Çr | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 | 31 |