olkepress.com
olkepress.com

"Bu preparatlar onların əzələlərini məhvə aparır" - Fərid Mansurov

24-09-2020, 14:04

"Bu preparatlar onların əzələlərini məhvə aparır" - Fərid Mansurov“Hər bir uğurun arxasında əziyyət durur. Ancaq bəzi insanlar tez uğur əldə etmək üçün qanunsuz preparatlardan istifadə edirlər”.

Ölkəpress.com-un məlumatına görə, bunu cəmiyyətdə anabolik steroidlərdən istifadənin yayılması və onun fəsadlarına həsr olunmuş “Steroidlər - Cəmiyyət üçün təhlükə” mövzusunda mətbuat konfransında Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri Fərid Mansurov deyib.

“Hilton” otelində olan tədbirdə Mansurov əlavə edib ki, Gənclər və İdman Nazirliyi insanları sağlam həyat tərzinə sövq etmək istəyir: "Dopinq böyük bəladır. İnsan sağlamlığına ciddi zərər verən maddələrdən söhbət gedir. İnsanlar fitness zallara sağlam olmaq üçün gedirlər. Ancaq dırnaqarası maarifləndirmə ilə onların beynini doldururlar. Qanunsuz preparatlar də onların əzələlərini məhvə aparır. Qazanılan nəticə də müəyyən vaxtdan sonra yoxa çıxır".

Mansurov söyləyib ki, yarışların dayandırılması məhz idmançıların sağlamlığına hesablanıb: "Bizim idmançıların sağlamlığı qazanılan medallardan önəmlidir. Pandemiya dönəmində yarışların dayandırılması da idmançıların sağlamlığını qorumaq üçündür. Bəzi hallarda şahidi olmuşam ki, dolayı yolla idman qadası gətirilib, ancaq tərkibində qadağan olunmuş dopinq maddələri var. Azərbaycanın müxtəlif bölgələrindən gələn idmançılarımız yarışlara qatılırlar. Amma çəki salmaq üçün bilmədən bəzi maddələrdən istifadə erdirlər. Bunun qarşısını almaq üçün AMADA ilə birgə mübarizə aparırıq".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi