Azərbaycan təmsilçisi “Zirə” bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununa çıxıb.
Olkepress.com “Qafqazinfo- ya istinadən xəbər verir ki, Rəşad Sadıqovun komandası evdə “DAK 1904” (Slovakiya) ilə üz-üzə gəlib.
“Dalğa Arena”da keçirilən görüşdə “Zirə” rəqibini darmadağın edib - 4:0.
“Zirə” ilə “DAK 1904” arasında cavab görüşü avqustun 1-də Slovakiyada keçiriləcək.
Qeyd edək ki, klub bu mərhələni adlayarsa, 3-cü təsnifat mərhələsində “Osiyek” (Xorvatiya) – “Levadia” (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq. Bu halda “Zirə”nin ilk oyunu səfərdə olacaq.
Konfrans Liqası, ilk oyunlar
25 iyul
20:30. “Zirə” (Azərbaycan) – “DAK 1904” (Slovakiya) - 4:0
Qollar: Rafael Utziq, 29 (1:0), Junior Martins, 31 (2:0), David Volkov, 51 (3:0), 53 (4:0)
Hakimlər: İvo Torres, Rafael Morim, Dani Dias, Jasim Sabotiç (Lüksemburq)
“Dalğa Arena”