“Betis”in keçmiş hücumçusu Ruben Kastro karyerasını bitirmək qərarına gəlib.
Bu barədə “Betis”in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Kastro 42 yaşında futbolla vidalaşıb.
İspaniyalı forvard “Las Palmas”ın yetirməsidir, lakin onun əsas komandası “Betis” olub.
Ruben burada 148 qol vuraraq klub tarixinin bombardiri olub.
Kastro karyerası ərzində klub səviyyəsində 778 rəsmi oyun keçirib, bu oyunda 316 qol vurub və 56 qolun ötürməsini verib.