olkepress.com
olkepress.com

Rusiya və İran futbolçuları arasında dava düşdü

2-08-2023, 10:03

Rusiya və İran futbolçuları arasında dava düşdüRusiya və İran milli komandaları arasında Deflimpiya oyunları (eşitmə əngəlli atletlər üçün keçirilən yarış) çərçivəsində keçirilən futbol turnirinin final oyunu kütləvi dava ilə başa çatıb.

Bu barədə “Sport24” məlumat yayıb.

Məlumata görə, oyunun sonuna 5 dəqiqə əlavə edən hakim 2-1 öndə olan İran millisinin qapısına penalti də təyin edib. İranlı futbolçuların narazılığı davaya səbəb olub. Davada bəzi məşqçilər də iştirak edib.

Bildirilib ki, iranlı məşqçilər futbolçularını meydandan çıxarıb və qələbə Rusiyaya verilib.

İranlılar mükafatlandırılma mərasiminə belə qatılmayıblar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi