olkepress.com
olkepress.com

"Neftçi" və "Qəbələ" Konfrans Liqasında mübarizəyə başlayır

27-07-2023, 08:47

"Neftçi" və "Qəbələ" Konfrans Liqasında mübarizəyə başlayır"Qəbələ" və "Neftçi" komandaları bu gün UEFA Konfrans Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayacaq.

Modern.az-ın məlumatına görə, II təsnifat mərhələsinin ilk oyununda "qırmızı-qaralar" evdə Kipr "Omoniya"sını qəbul edəcək.

Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Matçı rumıniyalı FIFA referisi Andrey Çivulete idarə edəcək.

"Neftçi" isə turnirdəki ilk matçına Bosniya və Herseqovinada çıxacaq. Rəqib ölkənin titullu klublarından "Jelezniçar" olacaq. “Qrbavitsa” stadionundakı oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da veriləcək. Görüşdə ədaləti estoniyalı Yuri Frişer qoruyacaq.

Komandalar arasında cavab oyunları avqustun 3-də keçiriləcək.

UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
27 iyul

20:00. "Qəbələ" (Azərbaycan) - "Omoniya" (Kipr)
Baş hakim: Andrey Çivulete (Rumıniya)
Qəbələ şəhər stadionu

23:00. "Jelezniçar" (Bosniya və Herseqovina) - "Neftçi" (Azərbaycan)
Baş hakim: Yuri Frişer (Estoniya)
Sarayevo, "Qrbavitsa" stadionu

Qeyd edək ki, Azərbaycanın Konfrans Liqasındakı digər təmsilçisi "Sabah" ötən gün Latviyada RFŞ komandasına 2 cavabsız qolla qalib gəlib


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi