Futbol üzrə Azərbaycan Kubokunda bu gün yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, “Turan Tovuz” “Neftçi”ni qəbul edəcək.
Saat 16:00-da start götürəcək qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək.
Komandalar arasında cavab görüşü aprelin 26-da gerçəkləşəcək.
Qeyd edək ki, ilk yarımfinal matçında “Qəbələ” evdə “Səbail”i 3:2 hesabı ilə üstələyib.
Azərbaycan Kuboku
Ətraflı
Yarımfinal, ilk oyun
19 aprel
16:00. “Turan Tovuz” – “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Vüsal Məmmədov, Tural Qurbanov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tovuz şəhər stadionu