olkepress.com
olkepress.com

Ronaldonun “Əl-Nəsr”i Superkubokun yarımfinalında uduzdu

27-01-2023, 08:38

Ronaldonun “Əl-Nəsr”i Superkubokun yarımfinalında uduzdu

Kriştianu Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" klubu Səudiyyə Ərəbistanı Super Kubokunda mübarizəni dayandırıb.

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, klub yarımfinalda "Əl-İttihad"a 1:3 hesabı ilə uduzub.

Bununla da Ər-Riyad təmsilçisi turnirlə vidalaşıb.

"Əl-Nəsr"in yeganə qoluna 90+1-ci dəqiqədə Anderson Taliska imza atıb.

Qeyd edək ki, Portuqaliya millisinin futbolçusu Ronaldo “Əl-Nəsr”lə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb. Onun əsas maaşı ildə 75 milyon avro, kommersiya haqları və səfir kimi gəliri ilə birlikdə isə ümumən 200 milyon avro təşkil edəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi