"Qarabağ" "Trabzonspor"un şərəfini qoruyan Benqali-Fode Koyta ilə maraqlanır.Ölkəpress.com xəbər verir ki, bu iddianı "61saat" nəşri irəli sürüb.
Hətta "Hatayspor" və "Giresunspor" da 32 yaşlı hücumçunu heyətinə qatmaq istəyib. Qvineyalı oyunçu isə hər iki təklifi rədd edib.
Benqali-Fode Koyta 2021-ci ildən "Trabzonspor"da çıxış edir. Qara dəniz təmsilçisi isə müqaviləsi 2024-cü ildə başa çatan afrikalı oyunçu ilə yollarını ayırmaq istəyir. Forvardın agenti artıq Trabzona gedib və transfer məsələləri ilə məşğuldur.
Xatırladaq ki, daha əvvəl "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 3-4 futbolçu ilə danışıqlar apardıqlarını, lakin keçidin alınmadığını söyləyib.