olkepress.com
olkepress.com

Kartlarından pul çıxılıb, amma bilet ala bilməyiblər: “iTicket.az” saytı niyə çöküb? - VİDEO

16-08-2022, 10:48

Kartlarından pul çıxılıb, amma bilet ala bilməyiblər: “iTicket.az” saytı niyə çöküb? - VİDEO

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda keçiriləcək “Qarabağ” - “Viktoriya” (Çex Respublikası) matçını stadionda izləmək istəyən azarkeşlər bilet almaq istəyərkən problemlə üzləşiblər.

Xezerxeber.az-ın məlumatına görə, dünən minlərlə azarkeşin “iTicket.az” saytından bilet almaq cəhdləri uğursuz olub.

Üstəlik, ötən gün bəzi azarkeşlərin kartlarından biletin qarşılığında pul çıxılsa da, onlar bilet ala bilməyiblər.

Məsələ ilə bağlı “iTicket” şirkətinin direktoru Kamran Abasov “Xəzər Xəbər”ə bildirib ki, lazımi hazırlıq tədbirləri görülsə də, oyuna maraq həddindən artıq olduğundan saytın serverləri çöküb və bir neçə saatlıq onlayn satış dayandırılıb. Buna baxmayaraq, satış nöqtələrində fiziki bilet satışları davam edib.

Kamran Abasov əlavə edib ki, kartından pul çıxılan, amma bilet ala bilməyənlərin vəsaitləri bir gün ərzində geri qaytarılacaq.

O qeyd edib ki, qaydalara əsasən, bir şəxsiyyət vəsiqəsi ilə maksimum üç bilet almaq mümkündür. Ancaq hazırda “qara bazar” şübhələrinin tam aradan qaldırılması istiqamətində işlər aparılır və “Qarabağ”ın növbəti oyunlarında “Bir bilet, bir şəxsiyyət vəsiqəsi” prinsipi yenidən tətbiq ediləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Ölkepress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi