olkepress.com
olkepress.com

Baş məşqçilər arasında ŞOK: "Nə istəyirsən məndən?" / VİDEO

15-08-2022, 11:49

Baş məşqçilər arasında ŞOK: "Nə istəyirsən məndən?" / VİDEO

İngiltərə Premyer Liqasının 2-ci turunun "Çelsi" - "Tottenhem" qarşılaşmasından sonra baş məşqçilər arasında münaqişə yaşanıb.

Ölkepress.com xəbər verir ki, final fitindən sonra "Çelsi"nin çalışdırıcısı Tomas Tuxellə "Tottenhem"in baş məşqçisi Antonio Konte bir-birinin əlini sıxıblar. Lakin Tuxel həmkarının əlini buraxmayıb. Bu isə italyan məşqçinin xoşuna gəlməyib. O, bir neçə dəfə qışqıraraq "Nə istəyirsən?" deyib. Tərəflər arasında gərginlik artıb.

Onların əlbəyaxa olmasına köməkçi məşqçilər imkan verməyib. Görüşün baş hakimi Entoni Teylor hər iki mütəxəssisə qırmızı vərəqə göstərib.

Qeyd edək ki, oyun 2:2 hesabı ilə başa çatıb.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi