"Böyüklərdən eşitdiyimə görə, yenə də qızları olar deyə, mənim dünyaya gəlməyimi istəməyiblər".Ōlkəpress.com xəbər verir ki, bu barədə futbolçu Kamran Ağayev ARB TV-nin “Onun Sirri” verilişində deyib. Futbolçu valideynləri tərəfindən nəyə görə istənməyən övlad olduğuna aydınlıq gətirib:
“Ata-anadan ayrı böyümüşəm. Müəllim ailəsində doğulmuşam, evin tək oğluyam. 4 övladıq - 3 bacı, 1 qardaş. Böyüklərdən eşitdiyimə görə, yenə də qızları olar deyə, mənim dünyaya gəlməyimi istəməyiblər. Amma Allah oğlan qismət edib. Ailəm idmanla məşğul olmağımı istəməyib”.