Futzal üzrə FIFA referisi Əli Cəbrayılov UEFA-dan yeni təyinat alıb.Ōlkəpress.com xəbər verir ki, o, dünya çempionatının ilkin seçmə mərhələsinin A qrupunun oyunlarında ədaləti qoruyacaq.
Bu qrupda Almaniya, San Marino, Monteneqro və Cəbəllütariq milli komandaları mübarizə aparacaqlar. Qarşılaşmalar 5-10 aprel tarixlərində Almaniyanın Hamburq şəhərində təşkil ediləcək.