olkepress.com
olkepress.com

Çempionlar Liqası: “Atletiko” və “Mançester Yunayted” ilk dəfə üz-üzə gəlir, Ronaldu Madridə qayıdır

23-02-2022, 12:07

Çempionlar Liqası: “Atletiko” və “Mançester Yunayted” ilk dəfə üz-üzə gəlir, Ronaldu Madridə qayıdır

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk görüşlərinə yekun vurulacaq.

Ōlkəpress.com xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək. Madriddə “Atletiko” “Mançester Yunayted”i, Lissabonda “Benfika” “Ayaks”ı qəbul edəcək.
UEFA Çempionlar Liqası
1/8 final, ilk oyunlar


23 fevral

00:00 “Atletiko” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)


Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)

Madrid. “Vanda Metropolitano” stadionu.

Oynamayacaqlar: Mateus Kunya, Koke, Benjamen Lekont, Daniel Vass (hamısı “Atletiko”), Edinson Kavani, Meyson Qrinvud, Tom Hitn (hər üçü “Mançester Yunayted”).

Son İspaniya çempionu “Atletiko”nun La Liqada işləri yaxşı getməsə də, bu turniri qazanmaqla Çempionlar Liqasında növbəti mövsüm üçün yerini təmin etmək istəyir. “Real”ın sabiq futbolçusu Kriştianu Ronaldunun Madridə “qırmızı şeytanlar”ın formasında qayıdışı maraqlı məqamlardan biridir. Bu iki komanda rəsmi görüşlərdə ilk dəfə üz-üzə gələcək.

00:00 “Benfika” (Portuqaliya) – “Ayaks” (Niderland)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

Lissabon. “İştadyu da Luş” stadionu.

Oynamayacaqlar: Andre Almeyda, Lukas Verissimo, Rodriqo Pinyo, Haris Seferoviç (hamısı “Benfika”), Brian Brobi, Məhəmməd İhattaren, Şon Klayber, Zəkəriyyə Labyad, Marten Stekelenbürx (hamısı “Ayaks”).

Komandalar sonuncu dəfə bu turnirdə məhz Çempionlar Liqasında, məhz Lissabonda qarşılaşıblar. Bu, 2018-ci il noyabrın 18-də baş verib. Qrup mərhələsi çərçivəsində baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Həmin matçda bərabərlik qolunu vuran serb hücumçu Duşan Tadiç bu matçda da Niderland çempionatının liderinin əsas qol silahlarından biri olacaq.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşmaları martın 15-də keçiriləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi