Polşanın paytaxtı Varşavada və Çexiyanın paytaxtı Praqada keçiriləcək cüdo üzrə Avropa Açıq turnirlərində iştirak edəcək cüdoçularımızın adları bilinib.Ölkəpress.com-un xəbərinə görə, 35 ölkənin idmançısının qatılacağı Varşavadakı yarışda 13 kişi cüdoçumuz yarışacaq.
Bunlar yığmanın ikinci heyət üzvləridir: Əhməd Yusifov, Rövşən Əliyev, Nazir Talıbov (hər üçü -60 kq), İbrahim Əliyev, İsmayıl İbrahimov, Tofiq Əliyev (hər üçü -66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (hər ikisi -73 kq), Zelim Skayev (-81 kq), Vüqar Talıbov, Coşqun Abdullayev (hər ikisi -90 kq), İmran Yusifov, Camal Feyziyev (hər ikisi +100 kq).
45 ölkənin cüdoçularının iştirak edəcəyi Praqadakı yarışda isə ancaq qadın millimiz mübarizə aparacaq. Onların sayı yeddi nəfərdir: Aydan Vəliyeva, Aişə Qurbanlı, Şəfəq Həmidova (hər üçü -48 kq), Səbinə Əliyeva (-52 kq), Fidan Əlizadə (-57 kq), Aytac Qardaşxanlı (-63 kq), Südabə Ağayeva (-70 kq).
Qeyd edək ki, Polşadakı turnir 26-27 fevral, Çexiyadakı yarış isə 5-6 mart tarixlərində keçiriləcək.