olkepress.com
olkepress.com

“Barselona” daha bir kuboku əldən VERDİ

15-12-2021, 11:28

“Barselona” daha bir kuboku əldən VERDİ

Səudiyyə Ərəbistanında Maradona kuboku uğrunda qarşılaşma keçirilib.

Ölkəpress.com xəbər verir ki, əfsanəvi futbolçunun xatirəsinə həsr olunmuş matçda onun vaxtilə iştirak etdiyi “Barselona” (İspaniya) və “Boka Xuniors” (Argentina) klubları üz-üzə gəlib.
Görüşün əsas vaxtı 1:1 başa çatıb. Penalti zərbələrində isə cənubi amerikalılar üstün olub – 4:2

Qeyd edək ki, Ər-Riyaddakı Səudiyyə Kral Universiteti Stadionunda baş tutan oyun argentinalının ölümünün birinci ildönümü münasibətilə təşkil edilib.

Dieqonun qızları Dalma və Calila stadiona gəlməkdən imtina ediblər. Onlar təşkilatçıları atalarının xatirəsindən biznes məqsədilə istifadə etməkdə günahlandırıblar.

Xatırladaq ki, Maradona ötən ilin noyabrın 25-də vəfat edib. O, 1981-1982 və 1995-1997-ci illərdə “Boka Xuniors”da, 1982-1984-cü illərdə isə “Barselona”da çıxış edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi